"USTA GROUP" MMC şirkətinin təsisçisi Qabil Aydın oğlu Mustafayev - 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinın Maliyyə kredit fakultəsinin axşam şöbəsinə qəbul olmaqla bərabər 2 nömrəli Mənzil Sosial Tikinti Trestinin Material Texniki Təchizat idarəsində fəhlə kimi işləməyə başlayıb və baş mühasib vəzifəsinə qədər yüksəlib. Azərbaycan Dövlət İqtisad Universitetindəki təhsilini başa vurduqdan sonra Qabil Mustafayev Türkiyənin Trabzon Texniki Universitetinin nəzdində İnşaat mühəndisliyi sahəsi üzrə biliklərini təkmilləşdirib.
Qabil bəy, inşaat sektorunda fəaliyyətini davam etdirərək həm Azərbaycanda, həm də Türkiyədə bir neçə tanınmış inşaatçılarla bərabər işləyərək təcrübə topladıqdan sonra 2013-cü ildə USTA GROUP inşaat şirkətini yaratmağa qərar verdi!
USTA GROUP MMC -nin təsisçisi QABİL AYDIN oğlu MUSTAFAYEV 1977-ci ilin yanvar ayının 23-də Qərbi Azərbaycanın Qaraqoyunlu Mahalının Salah kəndində ziyalı ailəsində anadan olmuşdur.
1993-cü ildə Bakı şəhərində 12 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit Fakultəsinin axşam şöbəsinə qəbul olmuşdur. Eyni zamanda Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində Basic proqramı üzrə proqramçı diplomunu da almışdır.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra Türkiyənin Trabzon Texniki Universitetində İnşaat Mühəndisliyi üzrə biliklərını təkmilləşdirmişdir.
Əmək fəaliyyətinə hələ tələbəlik illərində başlayan Qabil Mustafayev 1993-cü ildə 2 nömrəli Mənzil-Sosial-Tikinti Trestinin Material Texniki Təchizat idarəsində fəhlə kimi işə başlayıb baş mühasib vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində müxtəlif şirkətlərdə və müxtəlif vəzifələrdə fəaliyyət göstərib təcrübə toplayan Qabil Mustafayev işinin ustası kimi 2013-cü ilde USTA GROUP şirkətlər qrupunu təsis etməyə qərar vermişdir.